"Qəbələ" "Səbail"i xalsız yola saldı
Bu gün Topaz Premyer Liqasında 20-ci tur yekunlaşır. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma təşkil olunur.
Avropkuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Qəbələ" və "Səbail" münasibətləri "birincilər"in meydanında aydınlaşdırıb. Meydan sahibləri qələbə qazanmaqla "Səbail"lə xal fərqini azaldıblar.
10 mart 2019
Topaz Premyer Liqası
20-ci tur
"Qəbələ" - "Səbail" - 2:1
QOLLAR: Ceyms Adeniyi, 49 (1:0); Ceyms Adeniyi, 55 (2:0); Elvin Yunuszadə, 84 (2:1)
QIRMIZI VƏRƏQƏ: Bəhlul Mustafazadə, 73 ("Qəbələ")
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
| YER | KOMANDA | OYUN | XAL |
| 1. | "Qarabağ" | 20 | 42 |
| 2. | "Neftçi" | 19 | 41 |
| 3. | "Səbail" | 20 | 31 |
| 4. | "Qəbələ" | 20 | 28 |
| 5. | "Sabah" | 20 | 21 |
| 6. | "Keşlə" | 20 | 19 |
| 7. | "Zirə" | 20 | 19 |
| 8. | "Sumqayıt" | 19 | 16 |