"Qəbələ" - "Şerif" dueli Gürcüstanlı hakimlərə həvalə olundu
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Gürcüstandan olan hakimlər briqadasına həvalə edilib.
03 oktyabr 2018
UEFA Gənclər Liqası
18:00. "Qəbələ" - "Şerif"
Baş hakim: Georgi Kruaşvili
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Zaza Pipia (hamısı Gürcüstan)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)