"Qəbələ" "Şerif"lə heç-heçə etdi
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Moldovanın "Şerif" klubunun müvafiq yaş qrupu olacaq.
Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
03 oktyabr 2018
UEFA Gənclər Liqası
I mərhələ (ilk oyun)
"Qəbələ” (Azərbaycan) -"Şerif” (Moldova) - 1:1
QOLLAR: Danilo İqnatov, 31 (0:1); Əli Sadıxov, 57/p. (1:1)
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tərəflər arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.