"Qəbələ" "Şerif"i məğlub etdi
"Qəbələ"nin gənclərdən ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, "qırmızı-qaralar" "Şerif"in qonağı olub.
İlk görüşdə rəqibin müqavimətini qırmaqda çətinlik çəkən "Qəbələ", Moldova səfərində çətin sınaqdan üzüağ çıxıb. "Qırmızı-qaralar" qələbə qazanmaqla mərhələni adlayıb.
24 oktyabr 2018
Gənclər Liqası
I mərhələ (cavab oyunu)
"Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan) - 1:3
Qollar: Samir Qurbanov, 43 (0:1), Vsevolod Nihaev, 53-pen. (1:1), Samir Qurbanov, 62 (1:2), Dijinari, 63-avtoqol (1:3)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. "Şerif" stadionunun kiçik arenası
İlk oyun – 1:1
"Şerif": 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa, 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nixayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko
Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov
"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. AbbasAğazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 16. Nicat Oruclu, 18. Samir Məhərrəmli