"Qəbələ" Vətənə məğlub dönür
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Makedoniyanın "Şekndiya" klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gəlib.
03 fevral 2018
Yoldaşlıq görüşü
"Qəbələ" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) - 0:2