"Qəbələ" Sloveniya toplanışında

2018-2019 mövsümünə hazırlaşan "Qəbələ" Sloveniya toplanışına başlayıb.

Sportline.az xəbər verir ki, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar. Çempionatın gümüş mükafatçısı, ilk günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısındakı məşqə fiziki təmrinlərlə başlayan futbolçular daha sonra toplu çalışmalar yerinə yetiriblər.