"Qəbələ" "Sumqayıt" qarşısına belə çıxacaq

"Qəbələ" komandası Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"a qarşı oyuna itkilərlə çıxacaq. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov bildirib. 39 yaşlı mütəxəssiin sözlərinə görə, əyalət təmsilçisinin yeni heyətinə qatdığı hücumçu Kristian Kouakou və sol cinah müdafiəçisi Yusif Nəbiyevin sözügedən qarşılaşmada zədə səbəbindən iştirak etməyəcəyi dəqiqləşib. 

Qurbanov digər zədəli hücumçular - Ülvi İsgəndərov və Davit Volkovun durumuna isə oyun günü aydınlıq gələcəyini söyləyib. 

Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanda "Dinamo" ilə cavab matçında (0:3) zədələnən müdafiəçi İvitsa Juniç isə təxminən 2 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.