"Qəbələ" "Sumqayıt"ı məğlub etdi

“Qəbələ” milli komandaların qarşılaşmaları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün “Sumqayıt”la üz-üzə gəlib. "Kapital Bank Arena”da oynanılan matçda "Qəbələ" 3:1 hesabı ilə qalib gəlib.

“Sumqayıt” – “Qəbələ” – 1:3
Qollar: Asif Məmmədov, 2, Ülvi İsgəndərov, 51, 61