"Qəbələ" 3 xalı 1 qolla qazandı

Bu gün Topaz Premyer Liqasında 15-ci tur yekunlaşır. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilir.

Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandalar - "Qəbələ" və "Sumqayıt" münasibətləri "birincilər"in meydanında aydınlaşdırıb.

Matçın taleyini bir qol həll edib. Stiven Monroz meydan sahiblərinə qələbə bəxş edib.

03 fevral 2019
Topaz Premyer Liqası
15-ci tur

“Qəbələ” – “Sumqayıt” - 1:0
QOL: 
Stiven Monroz, 84 (1:0)
 
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov  
Qəbələ şəhər stadionu

1 Neftçi 14 33
2 Qarabağ 14 30
3 Səbail 15 24
4 Sabah 15 20
5 Qəbələ 15 20
6 Sumqayıt 15 15
7 Keşlə 15 12
8 Zirə 15 10