Qəbələ Ukrayna klubuna qarşı

2019-2020-ci illər mövsümünə hazırlıqları Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyunu keçirəcək. 

Sportline.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşacaq. Hendek Atatürk stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 18:30-da veriləcək.

Avrokuboklarda iki mövsüm keçirən ukraynalılar bu yay yenidən UEFA Avropa Liqasında mübarizə aparacaq. Mariupol təmsilçisi yarışa III təsnifat mərhələsindən başlayacaq.

7 iyul

Yoxlama oyunu

18:30. “Qəbələ” – “Mariupol” (Ukrayna)

Hendek Atatürk stadionu