"Qəbələ" Ukrayna klubuna uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama matçına çıxıb.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” Ukrayna təmsilçisi “Vorskla” ilə görüşüb və 1:3 hesabı ilə uduzub.

Sənan Qurbanovun komandası iyulun 7-də Ukraynanın digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlmişdi.

Yoxlama oyunu 

11 iyul

12:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 1:3

Qol: Ülvi İsgəndərov, 41

Bolu. “Koru” otelinin meydançası