"Qəbələ" və "Keşlə" finala itkilərlə çıxacaq

Azərbaycan kubokunun finalçıları həlledici görüşə itkilərlə çıxacaqlar.

Sportline.az xəbər verir ki, "Keşlə"dən Fuad Bayramov, "Qəbələ"dən isə, Ruslan Qurbanovla Ürfan Abbasov sarı vərəqə limitini aşdığına görə meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Azərbaycan kubokunun final matçı mayın 28-də Qəbələdə keçiriləcək.