"Qəbələ" yoxlama oyunu keçirəcək
"Qəbələ" Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama oyunu keçirəcək.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 1-ci divizion təmsilçisi MOİK-lə qarşılaşacaq.
Görüş sentyabrın 4-də, "Bakı"nın bazasında keçiriləcək.
Qeyd edək ki, “Qəbələ" Topaz Premyer Liqada 3 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.