"Qəbələ", yoxsa "Sumqayıt"?

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşü keçirəcək.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq.

“Kapital Bank Arena”da keçiriləcək matç sentyabrın 7-i saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.