"Qəbələ" Zaqreb "Dinamo"suna uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Zaqrebin "Dinamo" kollektivi olub.

Murska Sobota şəhərinin “Mura” stadionunda təşkil edilən matç Xorvatiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Dinamo"nun heyətində İvan Sunyiç və Antonio Marin fərqlənib.

Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə bərabərliyə razılaşıb - 1:1.