"Qəbələ" - "Zirə" görüşünün vaxtı açıqlandı

Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, turun açılış oyunu həm də mərkəzi görüş statusu daşıyacaq. Fevralın 17-də Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edəcək. Son qarşılaşma isə ertəsi gün "Bayıl Arena"da "Səbail"lə lider "Qarabağ" arasında olacaq. 

17 fevral (şənbə)

"Qəbələ” – "Zirə”

Qəbələ şəhər stadionu, 15:00

 

"Sumqayıt” – "Neftçi”

"Kapital Bank Arena”, 18:30

 

18 fevral (bazar)

"Kəpəz” – "Keşlə”

Gəncə şəhər stadionu, 15:00

 

"Səbail” – "Qarabağ”

"Bayıl Arena”, 17:30