"Qəbələ" "Zirə"ni xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 16-cı tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

Liderlik uğrunda mübarizə aparan iki komanda - "Qəbələ" və "Zirə" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq. 

"Qırmızı-qaralar" qələbə qazanacağı təqdirdə 2-ci pillədə möhkəmlənəcək. Paytaxt klubu isə səfərdə əldə edəcəyi 3 xalla "Qəbələ"ni arxada qoyacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək.


17 fevral 2018
Topaz Premyer Liqası
16-cı tur

“Qəbələ” – “Zirə” - 2:1
QOLLAR: 
Aleksandr Dedo, 39 (0:1); Stiven Monroz, (1:1); Baqali Dabo, 64 (2:1)
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore