"Qəbələ" - "Zirə" matçı nə vaxt keçiriləcək?
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün keçirilən "Qəbələ" - "Zirə" matçı qatı duman səbəbilə təxirə salınıb. SportLine.az xəbər verir ki, qarşılaşma sabah qaldığı yerdən davam edəcək. Görüş saat 13:00-a planlaşdırılıb.
Qeyd edək ki, matç 57-ci dəqiqədə dayandırılıb. Həmin vaxta qədər qarşılaşmada hesab açılmayıb.