"Qəbələ" – "Zirə" oyununun vaxtı və yeri müəyyənləşdi

Milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edən “Qəbələ” və “Zirə” komandalarının keçirəcəyi yoxlama oyununun vaxtı və yeri açıqlanıb.

SportLine.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma sentyabrın 8-də “Bakı” FK-nın təlim-məşq bazasında keçiriləcək.

Oyun saat 17:30-da start götürəcək.