"Qəbələ" "Zirə"ni məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" komandaları yoxlama matçında üz-üzə gəliblər.

Sportline.az xəbr verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun paytaxt təmsilçisində ilk oyunu olub. Komandanın yeni transferi Riçard Qadze də matçda iştirak edib.

Qeyd edək ki, "Zirə" hazırda turnir cədvəlində 8 xalla beşinci, "Qəbələ" isə 5 xalla 7-ci yerdə qərarlaşıb.