Qəbələdə insident: Rauf Əliyevlə azarkeş arsında qalmaqal

Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ" - "Neftçi" matçı (0:3) bitəndə qalmaqallı hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, oyun bitən kimi qonaq komandanın hücumçusu Rauf Əliyev tribunaya tərəf gedib. Bu zaman onunla azarkeşlərdən biri arasında mübahisə yaranıb. Rauf tribunaya çıxmaq istəsə də, polis buna mane olub. Raufun qolundan tutaraq paltardəyişmə otağına gedən tunelə aparıb.
 
İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.