"Qəbələ"də olduğum üçün xoşbəxtəm" - Sabien Lilay
“Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.
SportLine.az xəbər verir ki, “qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Futbolçu “Qəbələ” TV-yə müsahibəsində karyerasından, bu komandaya keçidindən danışıb, azarkeşlərə səslənib.