"Qəbələ"də yeni məşqçi

“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Sportline.az xəbər verir ki, birinci divizion təmsilçisi "Turan Tovuz”dan ayrılan Azər Bağırov  “qırmızı qaralar”da çalışacaq. O, baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azər Bağırov ötən mövsüm birinci divizonda MOİK-lə ölkə çempionu olub.