"Qəbələ"dən azarkeşlərə çağırış
"Qəbələ" klubu rəsmi "facebook" səhifəsi vasitəsilə azarkeşlərə səslənib.
Sportline.az xəbər verir ki, komanda, azarkeşlərini Avropa Liqasında II mərhələsində "Dinamo"ya qarşı görüşə dəvət edib.
"Və 2019-2020 mövsümünü Avroliqa qarşılaşması ilə rəsmən açırıq. Rəqimiz bizə yaxşı tanış olan "Dinamo"dur. Doğma divarlar arasında - Qəbələ şəhər stadionunda baş tutacaq bu vacib qarşılaşmada azarkeşlərimizin yanımızda olacaqlarına, komandamıza son anadək dəstək verəcəklərinə inanırıq!", deyə qeyd olunub.
Xatırladaq ki, UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Qəbələ" - "Dinamo" (Gürcüstan) matçı 25 iyul 19:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.