"Qəbələ"dən ilk oyunda qələbə

2019-2020-ci illər mövsümünə hazırlıqları Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. 

Sportline.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qəbələ" Boluda növbəti yoxlama oyununu digər Ukrayna təmsilçisi "Vorskla"ya qarşı keçirəcək. Həmin görüş iyulun 11-də keçiriləcək.