"Qəbələ"dən ilk transfer

“Qəbələ” 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.