"Qəbələ"dən "Qarabağ"a təbrik
"Qəbələ" klubu "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
SportLine.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, təbrikdə deyilir: "Qəbələ" İdman Klubu "Qarabağ" Futbol Klubunu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayır".
Xatırladaq ki, Ağdam təmsilçisi tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.