"Qəbələ"nin 7 futbolçusu millidə

"Qəbələ"nin 7 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb.

Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Məmmədhəsənzadə, Emil Süleymanov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Sahil Həsənov, Sərxan Mirzəzadə milli komandanın təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, komanda aprelin 7-dən 13-dək Bakıda hazırlıq keçəcək.