"Qəbələ"nin 7 futbolçusu U-17 millimizə dəvət alıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. SportLine.az xəbər verir ki, milli komanda Bakıda hazırlıq keçir. Oktyabrın 20-dək davam edəcək toplanışa “Qəbələ”nin 7 futbolçusu da qatılıb. Bunlar Vüsal Şabanov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, və Rauf Məhərrəmovdur.

"Qəbələ" İK-nın məlumatı