"Qəbələ"nin daha bir futbolçusu "Zirə"də

“Qəbələ” klubu daha bir futbolçu ilə yollarını ayırıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın heyətində olmayacaq. 

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu, əsas komandada 2013/14 mövsümündə debüt edib. 

E. Camalov karyerasını "Zirə"də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Cavid Hüseynov da "Qəbələ"dən "Zirə"yə keçib.