"Qəbələ"nin əsas forvardı qərarını verdi

Avropa Liqasına hazırlaşan "Qəbələ”, hücumçusu Baqali Dabo ilə bağlı məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçu gələn mövsüm də "Qəbələ"nin formasını geyinəcək.

Qeyd edək ki, ondan əvvəl Dmitri Bezotosnı,Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov,Asif Məmmədov, Aqil Məmmədov, Rasim Ramaldanovla yeni müqavilə bağlayan klub,  Filip Ozobiç, Ruslan Qurbanov, Elvin Məmmədov, Dion Malon və Vitali Vernidubla yolları ayırıb.