"Qəbələ"nin futbolçusu hamını qabaqladı

Azərbaycan Premyer Liqasında XI turun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, “İnStat” şirkətinin təhlilinə əsasən, bu ada Merab Qiqauri layiq görülüb.

“Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi, “Səbail”lə qarşılaşmada (3:0) 319 indeks qazanaraq, hamını qabaqlayıb.