"Qarabağ" "Qəbələ"nin futbolçusunu transfer etdi

"Qarabağ" klubu "Qəbələ"nin futbolçusu Hacıağa Hacılı ilə müqavilə imzalayıb. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlindən komandada icarədə olan 21 yaşlı yarımmüdafiəçinin transfer hüququna tam yiyələnib. Onunla 4 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Hacıağa Hacılı "Qəbələ"nin yetirməsidir.