"Qəbələ"nin futbolçusu seçim qarşısında

"Qəbələ"nin futbolçusu Merab Qiqaurinin qış fasiləsindən sonra ölkəmizdə qalıb-qalmayacağı sual altındadır.

Sporline.az xəbər verir ki, "Zirə"yə keçidi böyük ölçüdə həll edildiyi deyilən gürcüstanlı yarımmüdafiəçiyə ölkəsindən də təklif gəlib.

Əvvəllər "Torpedo"(Kutaisi) ilə ölkə çempionluğu yaşamış Qiqauri bu dəfə Tbilisi "Dinamo"sunun transfer siyahısına daxil olub. Qiqauriyə təklif sərfəli olsa və onu qane edərsə, yenidən ölkəsinə qayıtmaq ehtimalı da artacaq. (sportinfo.az)