"Qəbələ"nin futbolçusu Toqo millisində 90 dəqiqə oynadı

"Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

SportLine.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda iştirak edib. Atakoranın heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.

İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.

"Qəbələ" İK-nın məlumatı