"Qəbələ"nin futbolçusu Ukraynaya yollanır

"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun zədəsinin ciddi olduğu aşkarlanıb.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, futbolçu sabah Ukraynanın paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.

Xatırladaq ki, Ramaldanov Azərbaycan Premyer Liqasının VI turunun "Neftçi" ilə oyununda (0:3) zədələnib.

Onun dizinin çarpaz bağları qopub.