"Qəbələ"nin legioneri iki klubun maraq dairəsində

"Qəbələ"nin yarımmüdafiəçisi Merab Qiqauri Azərbaycan Premyer Liqası klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Zirə" və "Keşlə" klubu gürcüstanlı futbolçunu heyətə qatmaq niyyətindədir. 

Qiqaurinin "Qəbələ" ilə hələ yarım illik müqaviləsi var.

Qeyd edək ki, sözügedən klubların "Qəbələ"nin digər futbolçusu David Volkovla da maraqlandığı bildirilir.