"Qəbələ"nin legioneri milli komandaya dəvət aldı

"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisinə çağrılıb. SportLine.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə oyunu çərçivəsində sentyabrın 9-da Beninə qarşı keçiriləcək görüş üçün seçmə komandaya dəvət alıb.

Qeyd edək ki, 2011-ci ildə ölkəsinin milli yığmasında debüt edən 28 yaşlı yarımmüdafiəçi indiyədək 13 oyunda 1 qol vurub.