"Qəbələ"nin növbəti rəqibi müəyyənləşib

Yanvarın 13-dən 27-nə kimi Antalyada təlim-məşq toplanışında olacaq "Qəbələ" komandasının yoxlama oyunu üçün növbəti rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" Macarıstanın  "MTK Budapeşt" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilə matç yanvarın 26-da keçiriləcək. Bu, "Qəbələ"nin Türkiyədə sonuncu yoxlama görüşü olacaq.

Qeyd edək ki, "Qəbələ" ayın 16-da "Meppen" (Almaniya), 24-də isə "Fakel"lə (Rusiya) qarşılaşacaq. Əyalət təmsilçisinin yanvarın 20-də keçirəcəyi yoxlama oyunundakı rəqibi isə hələlik dəqiqləşməyib.