"Qəbələ"nin növbəti transferi

Yeni mövsümünün hazırlığı davam etdirən “Qəbələ” növbəti transferi reallaşdırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Mozambik millisinin üzvü  Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.

Hücumçu 2011-ci ildən Mozambik seçməsinin şərəfini qoruyur.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatıb.