"Qəbələ"nin qış planı
Azərbaycan Premyer Liqasının qış fasiləsi üçün, "Qəbələ" klubunun hazırlıq planı müəyyənləşib.
Sportline.az xəbər verir ki, komanda yanvara təyin olunan 2 həftəlik təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Əsas sponsoru "Gilan Holdinq"in yanvardan maliyyəni dayandıracağı iddia edilsə də, Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın qış planı əvvəldən müəyyənləşdirilib.
Klub hər hansı maddi çətinliklə üzləşsə belə, bu, qışda Antalyada toplanış keçməyə təsir göstərməyəcək.