"Qəbələ"nin rəqibi heyətini açıqladı

Avropa Liqasında "Qəbələ" ilə qarşılaşacaq Lüksemburqun "Proqres" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. SportLine.az xəbər verir ki, baş məşqçi Paolo Amodio heyətə 25 futbolçunun adını daxil edib:

Qapıçılar: 1. Sebastyan Floss (Fransa), 13. Çarli Şinker, 16. Vensan Koelyo, 30. Stefan Ferreyra da Kosta;

Müdafiəçilər: 5. Ben Fogel, 17. David Soareş (Portuqaliya), 20. Jordan Qobron (Fransa), 22. Marven Martens, 23. Adrian Ferino (Fransa), 34. Tim Hall, 70. Yann Matias Markes;

Yarımmüdafiəçilər: 6. Farid İkene, 8. Dino Ramdedoviç, 9. Yannik Bastos, 10. Olivye Till, 19. Mario Mutş, 27. İqor Teles, 31. Sebastyan Till, 38. Metin Karayer (Fransa);

Hücumçular: 7. Mayron de Almeyda (Portuqaliya), 11. Mayk Şnayder, 14. Emmanuel Fransuaz (Fransa), 21. Kevin Kerqer, 28. Romeu Torreş (Portuqaliya), 87. Aleksandr Karapetyan (Ermənistan)

Qeyd edək ki, "Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 19-da Düdelanjda baş tutacaq. Bu gün səhər saatlarında Bakıya çatan Lüksemburq klubu erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməyib.