"Qəbələ" "Herta" ilə qarşılaşacaq

UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ"nin  II mərhələsindəki rəqibi bəlli olub. SportLine.az xəbər verir ki, Emin İmaməliyevin baş məşqçisi olduğu kollektiv növbəti mərhələdə Almaniyanın "Herta” klubu ilə üz-üzə gələcək.

Berlin təmsilçisi I mərhələnin cavab oyununda səfərdə Polşa "Lex"ini 3:2 hesabı ilə üstələyib. Komanda doğma meydandakı matçda isə rəqibini 2:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, "Qəbələ" və "Herta" klubları arasındakı ilk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də Almaniyada keçiriləcək. 

Xatırladaq ki, "Qəbələ" UEFA Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.