"Qəbələ"nin sabiq futbolçusu ən yaxşı seçildi
Andrey Arşavin Qazaxıstan çempionatında may ayının ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, "Qəbələ"nin sabiq futbolçusu bu ada ardıcıl ikinci dəfə layiq görülüb.
Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi may ayında "Kayrat"ın heyətində keçirdiyi 6 oyunda, bir qol vurmaqla yanaşı, iki məhsuldar ötürmə verib.