"Qəbələ"nin yetirməsi Küveyt klubunda

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveyt çempionatında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqasında çıxış edən "Əl-Salmiyə" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub saytı müqavilənin detallarını açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal "AZAL", "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.