"Qəbələ"nin sabiq futbolçusu müqavilə bağladı

“Qəbələ”dən ayrılan Vitali Vernidub yeni klubu ilə münasibətləri rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçisi Ukraynanın "Zarya" klubu ilə müqavilə bağlayıb.

Təcrübəli futbolçu, qarşıdakı iki ili sabiq komandasının heyətində keçirəcək.

Qeyd edək ki, o, 2015-2018-ci illərdə “Qəbələ”nin formasını geyinib.