"Qəbələ"nin sabiq futbolçusu "Tvente"də
“Qəbələ”nin sabiq müdafiəçisi Rikardinyo karyerasını Hollandiyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, İngiltərə I Liqasında yarışan “Oksford Yunayted”dən ayrılan 33 yaşlı futbolçu "Tvente" ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Rikardinyo 2015-2017-ci illərdə “Qəbələ”nin formasını geyinib.