"Qəbələ"nin Sloveniyada 10-cu günü
“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Sloveniya toplanışının 10-cu gününü başa vurub. “Qırmızı-qaralar” günü bir məşqlə yekunlaşdırıb.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə dünən keçirilən yoxlama oyununda (0:2) meydana çıxan futbolçular bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Matçda oynamayan futbolçular isə öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmaları icra edib.