"Qəbələ"nin Sloveniyada 3-cü günü
“Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir. SportLine.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 3-cü gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşqdə futbolçular öncə fiziki təmrinləri yerinə yetiriblər. Ardınca komanda toplu çalışmaları icra edib.
Xatırladaq ki, “Qəbələ” sabah toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komandamız Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.
"Qəbələ" FK-nın məlumatı