"Qəbələ"nin Sloveniyada 6-cı günü
“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hər iki məşq fiziki və toplu çalışmalardan ibarət olub.